Ramazan təqviminin İran yox, Türkiyə təqvimi ilə hesablanması  təsadüfdür - Hacı Rüfət Qarayev

17:01 31.03.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbayanda Ramazan ayı təqviminin İran yox Türkiyə təqvimi ilə hesablanması  təsadüfən başqa bir şey deyil.

Bu barədə Hafta.az-a açıqlama verən Heydər Məscidinin axundu, ilahiyyatçı Hacı Rüfət Qarayev bildirib. Onun sözlərinə görə, müqəddəs ayın başlaması ölkəmizdə Şamaxı Rəsədxanasından verilən məlumata əsasən təyin edilir:

“Belə fərqliliklər hər zaman olub. Ölkəmizdə hər il Şamaxı Rəsədxanasından verilən məlumat əsas götürülür. Tarixin  İranla yox, Türkiyə ilə üst-üstə düşməsi isə sadəcə təsadüfdür”.

Xatırladaq ki, təqvimə əsasən ölkəmizə  Ramazan ayı aprelin 2-i daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək.